|
Yunanıstan, İsrail və Kipr (yunan administrasiyası) ABŞ-ın Suriya ilə bağlı qərarından narahatdır.
Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Aleksis Çipras İsrail Baş naziri Benyamin Netanyahu və Kipr lideri Nikos Anastasiadis ilə görüşündə deyib.
“Suriyadakı son durumu müzakirə etdik. ABŞ-ın qısa zaman öncə qəbul etdiyi Suriya qərarından və bunun fonunda Türkiyə və İranın gələcəkdəki rolunun artacağından yaranan narahatlığımızı gizlətməyəcəyik”, - deyə Çipras bildirib.