|
ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərarını alqışlayırıq.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz ABŞ qoşunlarının Suriyadan çıxarılmasından məmnunuq. İndi isə regionda boşluq yaranmasına imkan verməməliyik. Qoşunlar Suriyadan koordinasiyalı şəkildə çıxarılmalıdır”, - deyə Çavuşoğlu bildirib.
Nazir bu qərarı, həmçinin, Suriya böhranının siyasi həlli üçün vacib addım adlandırıb.
“Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz uzun müddətdir ki, İŞİD qruplaşması ilə mübarizə aparırıq və onu, nəhayət, məğlub olunmuş hesab edirik”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ Ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.