|
ABŞ Prezidenti Donald Tramp öz tarixi ata-baba yurduna - Almaniyanın Reynland Pfalz əyalətinin Kalştadt qəsəbəsinə səfər etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell deyib.
“Səfərin dəqiq vaxtı ilə bağlı məndə məlumat yoxdur. Lakin bura gəlib ailəsinin doğma yurdunu ziyarət etmək istədiyini mənə deyib”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Trampın babası Frederik Tramp 1869-cu ildə Kalştadt qəsəbəsində anadan olub. O, 1885-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-a köçüb.