|
Robert Köçəryanın “Jamanak” qəzeti və “1in.am” saytına qarşı məhkəmə iddiası ləğv ediləcək.
Axar.az xəbər verir ki, bunu “Aysor.am”a açıqlamasında Robert Köçəryanın rəsmi nümayəndəsi Ani Alaverdyan deyib.
Qeyd edək ki, Köçəryan “1in.am” və “Jamanak” qəzetini bu iyununda onun haqqında yaydığı məlumata görə məhkəməyə vermişdi. Köçəryan hər iki mətbuat orqanından 2 milyon dram təzminat istəmişdi.
Hər iki mətbuat orqanı hazırkı baş nazir əvəzi Nikol Paşinyana yaxınlığı ilə seçilir.