|
Hökumət quraqlıq məsələsini həll etməzsə, 20 milyon iranlı ölkəni tərk etmək məcburiyyətində qala bilər.
Axar.az xəbər verir ki, bu sözləri iranlı deputat Əli Əsədi Kərəm deyib.
“Bu durum saysız-hesabsız sosial problemləri də özü ilə gətirəcək. Kütləvi köçün qarşısının alınması üçün uyğun planlaşdırma aparılmalıdır. Quraqlığa qarşı birlikdə hərəkət etməliyik. Geniş miqyasda düşünək! Sadəcə regionumuzu fikirləşməyək”, - deyə deputat bildirib.