|
Fəratın şərqində terrorçuları məhv etməyimizə heç kim əngəl ola bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fərat çayının şərqində keçiriləcək hərbi əməliyyatların təxirə salınması ilə bağlı danışarkən deyib. O, bəzi PKK nümayəndələrinin bir sıra Qərb ölkələri ilə təmasda olması barədə deyilənlərə də cavab verib:
“Əgər bu görüşlərin məqsədi ABŞ çəkildikdən sonra YPG və PKK-nı qorumaq üçündürsə, bunu unutmasınlar ki, "Fərat qalxanı" ilə 4 mindən çox İŞİD üzvünü necə zərərsizləşdirdiksə və heç kim Afrin hərbi əməliyyatlarını qarşısını ala bilmədisə, Fəratın şərqini də terrorçulardan təmizləməyimizə əngəl törədə bilməyəcəklər”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ Ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.