|
İran və amerikalı diplomatların Londonda gizli şəkildə görüşərək Yəmən böhranını müzakirə etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bunu İranın Londondakı səfiri Həmid Baidnejad deyib. O, sözügedən informasiyanın yalandan başqa bir şey olmadığını söyləyib.
Qeyd edək ki, bundan əvvəl Küveytin “Əl Cəridə” qəzeti İran və ABŞ-lı diplomatların AB və Omanın vasitəçiliyi ilə Londonda otellərdən birində gizlicə görüşərək, Yəməndəki qarşıdurmalar barədə müzakirə apardıqlarını yazmışdı.