|
Rusiya prezidenti olmağı planlaşdırmıram.
Publika.az xəbər verir ki, bu sözləri Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Moskva 24" kanalına müsahibəsində bildirib.
"Prezident vəzifəsinə iddia etmirəm və özümü federal nazirliyin başçısı rolunda görmürəm. Öz karyeramı regionun rəhbəri olaraq bitirmək istəyirəm", - o bildirib.
O əlavə edib ki, Çeçenistanın rəhbəri postunda qalmağı planlaşdırmır.