|
İsraildə “sarı jiletlilər” başda qida sektoru olmaqla, ölkədəki qiymət bahalaşmasına etiraz ediblər.
Axar.az xəbər verir ki, paytaxt Təl-Əvivdə toplaşan 300 nəfərə yaxın etirazçı hökumət və prezident əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, “sarı jiletlilər” ötən həftə də Təl-Əvivdə etiraz aksiyası keçirmişdi.
Xatırladaq ki, Təl-Əviv dünyanın ən bahalı şəhərləri sırasında 9-cu yerdədir.