|
İranın keçmiş məhkəmə sədri Mahmud Haşimi Şahrudinin səhhəti pisləşib.
Axar.az xəbər verir ki, bu barədə İran rəsmi xəbər agentlikləri məlumat yayıb. Şahrudinin hazırda koma vəziyyətində olduğu bildirilib.
70 yaşı olan Haşimi Şahrudi 1 ildir səhhətində yaranan problerlə mübarizə aparır. Keçən il Almaniyada müalicə üçün xəstəxanaların birinə yerləşən Şahrudinin müalicəsi insan hüquqları müdafiəçilərinin etirazından sonra yarımçıq qalıb və o, İrana aparılıb.
Qeyd edək ki, Şahrudi İraqın Nəcəf şəhərində anadan olub. Hazırda “Məclisi Xubrəqan”ın (Seçilmişlər məclisi) üzvüdür. Bundan əvvəl məhkəmə sistemimin başçısı olub.
O, minlərlə insana edam hörmü çıxarması ilə məşhurdur. Onun dövründə bir çox islahatçı qəzetlər Şahrudinin göstərişi ilə bağlanılıb. Mirhüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarlarına qarşı təzyiqlər göstərilib.
O, Xameneidən sonra İranın Ali dini rəhbərliyinə ən şanslı namizədlərdən biri sayılırdı.