|
ABŞ-ın tətbiq etdiyi sanksiyaların dövrəyə girməsi ilə İran iqtisadiyyatında sarsılmalar meydana gəlib.
Axar.az xəbər verir ki, bunu İran prezidentinin birinci müavini İshaq Cahangiri bildirib.
"Sanksiyalar nəticəsində inflyasiya, valyuta, iqtisadi artım, investisiya və işsizlik ilə bağlı sarsıntılar yaranıb. Bu şərtlərdə hökumətin hazırlayacağı proqramlarla sanksiyalardan gələn təzyiqləri azaldacağıq", - Cahangiri söyləyib.