|
ABŞ-ın Suriyadan geri çəkilmə qərarı hərbi manevrdir.
Axar.az xəbər verir ki, bunu iraqlı hərbi ekspert Əhməd Şərifi bildirib.
Şərifi bölgədəki əsgərlərin İraqdakı bazalara göndəriləcəyini deyib:
"Amerikalılar artıq Ərbildə bazasını genişləndirməyə başlayıb. Əsgərlərin bəziləri Bağdad və İraq-Suriya sərhədləri arasındakı Eyn əl-Əsəd bazasına göndəriləcək. Bu əməliyyatın hüquqi əsasları Bağdadla Vaşinqton arasındakı əməkdaşlıq müqaviləsidir və Vaşinqton da Birləşmiş Millətlər Təşkilatının İŞİD əleyhinə fəaliyyət göstərmək səlahiyyətinə malikdir".