|
Moskva daha Minsklə qardaşlıq əlaqələrinə malik deyil.
Axar.az xəbər verir ki, bu bəyanatla Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında çıxış edib.
“Mən sizi bizim əsas xarici partnyorumuzla əməkdaşlıq məsələsini müzakirə etməyə dəvət etdim. Mən artıq “Qardaş dövlət” haqqında danışmıram. Mənə verilən məlumata görə, Rusiyada artıq bu, qəbul edilmir. Guya bunu qəbul etməyən yeni insanlar gəlib. Nə edək, partnyor olacağıq”, - deyə prezident bildirib.
Qeyd edək ki, A.Lukaşenkonun dekabrın 25-də Moskvaya səfər edəcəyi gözlənilir.