|
ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarı daxili siyasətdəki vəziyyətlə əlaqədar bir manevr ola bilər.
Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Alptəkin Dursunoğlu bildirib.
"Trampın Suriyadan çəkilmə qərarı ilə bağlı bütün dünyada rezonans davam edir. Bu qərardan sonra bütün diqqətlər Türkiyə ilə əldə edilən ortaq razılaşmaya, eləcə də Ankaranın Moskva və Tehranla bundan sonrakı addımlarına çevrildi. Trampın qərarı Suriya kürdləri arasında çaxnaşma yarada bilər. Suriya ordusu İŞİD-i İraq sərhədinə qədər Rusiya və İran kimi müttəfiqlərin dəstəyi ilə təmizlədi. ABŞ-ın İŞİD ilə bir problemi yoxdur və orada varlığını sürdürmək üçün bir səbəb idi. İran da bir müddət sonra ABŞ-ın Suriyada qalma səbəblərindən biri oldu. Prezident Rəcəb Tayyib Ərdoğanla Trampın telefon danışığı onun üçün fürsət oldu", - Dursunoğlu qeyd edib.