|
Ukrayna faktiki olaraq Qərb ölkələrinin dəstəyini itirib.
Axar.az xəbər verir ki, bunu “112” televiziyasına müsahibəsində Ukraynanın keçmiş müdafiə naziri ordu generalı Aleksandr Kuzmuk deyib. Onun sözlərinə görə, Ukrayna Qərb ölkələri üçün artıq problemə çevrilib:
“Açıq qiymət vermək asan deyil. Biz Avropa və Amerika üçün qıcıqlandırıcı qüvvəyə çevrilirik. Qərb Kiyevdən öz problemlərini özünün həll etməsini istəyir. Ən qorxulusu odur ki, biz artıq siyasi dəstəksiz qalmışıq”.