|
Güclü qarın yağması səbəbindən Moskva aeroportlarında 80-nə yaxın aviareysin ləğv edildiyi, yaxud gecikdiyi deyilir.
Axar.az xəbər verir ki, hazırda “Vnukovo” limanında bir reys ləğv edilib, 20-si gecikir.
“Domodedovo”da isə reysin ləğv edildiyi, 16-nın gecikdiyi, “Şeremetyevo”da 30 reysin hələ də uçuşa başlamadığı bildirilib.
“Jukov” aeroportundan isə bütün aviareyslər qrafik üzrə həyata keçirilir.
Qeyd edək ki, hazırda Moskvada 50 sm-lik qar var.