|
İsrail Baş naziri Benyamin Netanyahu hökumətin erkən seçkilər keçirəcəyini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“Düşünürəm ki, seçicilər bizim İsrail üçün nə etdiyimizi dəqiq bilir. İsraili öz yolumuzla aparmaq üçün seçicilərimizdən təlimatlar istəməyə hazırlaşırıq”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, İsrail mediası daha öncə hakimiyyətdə olan koalisiyanın daxili ziddiyyətlərin öhdəsindən gəlmək məqsədilə 9 aprel 2019-cu il tarixində erkən seçkilər keçirəcəyini yazmışdı.