|
Britaniya Xarici İşlər naziri Ceremi Hant bütün dünyada xristianların təqibə məruz qalması hallarının araşdırılması barədə tapşırıq verib.
Axar.az xəbər verir ki, bu məlumatı “İndependent” yayıb. Hant həmçinin Britaniya hökumətinin xristian azlıqlara necə yardım edə biləcəyinin müəyyən edilməsini də istəyib. Bu işin araşdırılması yepiskop Truro Filip Mounstefenə tapşırılıb.
Araşdırmanın nəticələrinin Pasxa bayramında təqdim edilməsi nəzərdə tutulub. Bundan sonra xristianlara qarşı Asiya, Afrika və Yaxın Şərq ölkələrində olan təhdidin səviyyəsinin müəyyənləşdirilməsi planlaşdırılıb.