|
Rusiya hökuməti 200-dən çox Ukrayna vətəndaşına və şirkətinə qarşı sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, bununla bağlı Rusiya Baş naziri Dmitri Medvedyev qərar imzalayıb.
“Müvafiq qərarı imzaladım. Bu, Rusiya dövlətinin, vətəndaşlarının, şirkətlərinin mənafeyini qorumaq üçün edildi”, - deyə baş nazir Tvitter mikrobloqunda bildirib.
Sanksiya siyahısında bəzi Ukrayna nazirləri, milliyətçi deputatlar, keçmiş nazirlər də yer alıb.