Moskvada hesab edirlər ki, KTMT-nin baş katibinin təyinatı məsələsi ilin sonunadək həllini tapacaq.

Musavat.com xəbər verir verir ki, Rusiya mətbuatı XİN-dəki mənbənin dediklərinə əsaslanaraq, belə bir qənaətə gəlib.

“Fikrimcə, 27 dekabrda, Putin-Paşinyan görüşündən sonra bu məsələyə aydınlıq gələcək. Arzuolunandır ki, yeni il pozitivlərlə başlasın. Güman edirik və inanırıq ki, 27 dekabrda hər şey həll olunacaq. Kompromis lazımdır” - Rusiya XİN-dəki mənbə əlavə edib.

Mənbə erməni tərəfinin "müdriklik" göstərəcəyinə, KTMT üzvü olan digər beş ölkənin liderlərinin mövqeyinin nəzərə alınacağına ümid etdiyini də vurğulayıb.

Məlum olduğu kimi, KTMT-nin beş üzv ölkəsi Belorus təmsilçisi Stanislav Zasın baş katib olmasına razılıq verib. Zas 12 – 20 dekabr tarixlərində KTMT üzvü olan Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belorus və Rusiya rəhbərliyi ilə görüşüb, onların dəstəyini alıb.

Maraqlıdır ki, Ermənistan rəhbərliyi hələ də KTMT-nin baş katibi postuna yeganə namizədlə bir araya gəlməkdən yayınır. Amma Putinlə görüşdən sonra bu məsələyə nöqtə qoyulacağı şübhə doğurmur. Paşinyan “ya Zas, ya qaz” seçimi qarşısında qala bilər. Məsələ bundadır ki, Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 215 dollara qaldıracağı haqda xəbərdarlıq edib.

24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü

Xəbər lenti