|
Mərkəzi Kəşfiyyat İdarəsinin FETÖ ilə bağlı apardığı araşdırmanın bu terror təşkilatının xəbis və qanunsuz təşəbbüsülərini ortaya çıxaracağına ümid edirik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim çıxış edib.
Fətullah Gülənin ABŞ-da zəhərini yaymağa davam etdiyini deyən Səlim onun İslam dinindən sui-istifadə ilə radikal, təriqətçi, gizli bir terror təşkilatı qurduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Tramp Ərdoğanla telefon danışığında FETÖ ilə bağlı araşdırmaların aparıldığını bəyan edib.