|
Ermənistan Səhiyyə Nazirliyində dava düşüb.
Axar.az xəbər verir ki, polisə bir nəfərin nazirliyin binasına soxulması və dava salması ilə bağlı məlumat daxil olub.
Nazirlik əməkdaşlarından biri hadisə yerinə gələn polislərə deyib ki, İrəvanda yaşayan Egiya K. adlı Suriya vətəndaşı onu və bir neçə əməkdaşı cəzalandıracağı ilə hədələyib.
Hadisənin başvermə səbəbi və şübhəli şəxsin taleyi haqda heç bir məlumat yoxdur.