|
Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnika gecə saatlarında Kilis bölgəsindən sərhədi keçərək Suriya ərazisinə daxil olub.
Axar.az xəbər verir ki, bu barədə AFP nəşri informasiya yayıb.
Texnika əvvəlcə Hatay bölgəsindən Kilisə gətirilib. Yük maşınlarının üzərində daşınan hərbi texnika Kilisdə yerləşən Əlbəyli-Çobanbəy sərhəd-buraxılış məntəqəsindən Suriya torpaqlarına daxil olub. Texnika buradan Menbiç və Tel Rıfat istiqamətində hərəkət edib.
Xatırladaq ki, dekabrın 25-də türk ordusunun Suriyaya əməliyyat hazırlığını başa çatdırdığı açıqlanmışdı.