|
Rusiya Prezidenti Vladimir Putin rusiyalılar tərəfindən yenə ilin siyasətçisi seçilib.
Axar.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Putini bu ada 46% respondent layiq görüb. Ondan sonrakı yerləri Sergey Lavrov (18%), Sergey Şoyqu (9%), Dmitri Medvedyev (6%), Vladimir Jirinovski (5%) tutub.
Ruslar ilin ən populyar verilişi kimi “Rossiya 1” televiziyasında yayımlanan “60 dəqiqə”ni seçiblər.
Ruslar ilin ən məşhur idmançısı adına gimnastlar Alina Zaqitova və Yevgeniya Medvedyevanı layiq görüb (11%). Sonrakı yerləri isə futbolçular Artyom Cuba (8%), İqor Akinfeyev (7%) və boksçu Həbib Nurməhəmmədov (5%) tutub.