|
Türkiyənin “Solo Türk” qırıcılar qrupu Böyük Britaniyada “Reaktiv təyyarədə ən yaxşı solo uçuş” mükafatına layiq görülüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.
Belə ki, “Solo Türk”ün çıxışı Ferford hərbi bazasında təşkil edilən “Royal İnternəşnl Air Tattoo-2018” (RIAT) adlı aviaşou çərçivəsində baş tutub.
Aviaşouda dünyanın bir çox ölkələrindən gəlmiş qırıcılar iştirak ediblər.
Qeyd edək ki, “Solo Türk” qırıcı qrupu 2011-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin 100 illiyi münasibətilə yaradılıb.