|
Quql şirkəti qondarma “Böyük Kürdüstan” xəritəsini silib.
Axar.az xəbər verir ki, xəritəyə baxmaq istəyənlər “Bu xəritə istifadə qaydalarını pozduğuna görə artıq əlçatan deyil” sözləri ilə qarşılaşır. Şirkətin bu addımının dünya ictimaiyyətini çaşdırmaq məqsədi daşıdığı güman edilir.
Türkiyə mətbuatı isə saxta xəritənin Türkiyənin tələbi əsasında silindiyini yazıb. Məlumata görə, Türkiyənin etirazından iki gün sonra xəritədən istifadə dayandırılıb.
Qeyd edək ki, qondarma “Böyük Kürdüstan xəritəsi” Türkiyənin bir hissəsi ilə yanaşı, Güney Azərbaycanın qərb bölgəsini də əhatə edib.