|
ABŞ Prezidenti Donald Tramp Əfqanıstandan ABŞ qoşunlarının hərbi mövcudluğunun azaldılması və ya çıxarılması haqqında heç bir qərar qəbul etməyib, eləcə də Müdafiə Nazirliyinə bununla bağlı heç bir tapşırıq verməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Harret Markis deyib.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Əfqanıstandakı ABŞ kontingentinin azaldılacağı haqqında məlumat yaymışdı. Belə ki, hərbi kontingentin sayının 7 min nəfərə qədər azaldılacağı bildirilmişdi.
Hazırda Əfqanıstanda ABŞ hərbçilərinin sayı 14 min nəfərdir.