![]() |
|
ABŞ hərbçilərinin Suriyadan çıxarılmasından sonra İŞİD terror təşkilatının mövqelərinin güclənməsi riski var.
Axar.az xəbər verir ki, bunu İsveçrənin RTS kanalına müsahibəsində BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.
“ABŞ hərbçilərinin Suriyadan çıxarılması xüsusilə kürdlərə zərbə vuracaq. Unutmaq olmaz ki, bu xalq Suriyada heç bir halda görməzdən gəlinməsi mümkün olmayacaq çox vacib komponentdir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadan ABŞ qoşunlarının çıxarılması haqqında qərar qəbul edib.