|
Ermənistanın Xarici İşlər nazirinin müavini Karen Nazaryan vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bilirilib ki, Nazaryan əvvəlki vəzifəsindən azad olunaraq, Ermənistanın Vatikandakı səfiri təyin edilib.
Qeyd edək ki, bundan öncə Ermənistanın Vatikandakı səfiri vəzifəsini Mikayıl Minasyan icra edib. Minasyan Serj Sərkisyanın kürəkənidir. O bu vəzifədən Paşinyanın hakimiyyətə gəlməsindən az sonra azad edilib.