|
Rumıniya Avropa Birliyi Şurasına sədrliyə hazır deyil.
Axar.az xəbər verir ki, bunu “Velt” qəzetinə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.
“Mən hesab edirəm ki, Buxarest hökuməti hələlik AB ölkələrinə sədrliyin nə olduğunu tam dərk etmir. Mənim Rumıniyanın sədrliyi ilə bağlı bir sıra şübhələrim var” – deyə o bildirib.
Qeyd edək ki, Rumıniya Avropa Komissiyasına 1 yanvar 2019-cu ildən rəhbərlik edəcək. Buxarestin AB-yə rəhbərliyi altı ay davam edəcək.