|
Macarıstanın FİDES Partiyasının Avropa Xalq Partiyasından uzaqlaşdırılmasını mən xahiş etmişəm.
Axar.az xəbər verir ki, bunu “Velt” qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker deyib.
“Macarıstanın FİDES Partiyasının Avropa Xalq Partiyasından uzaqlaşdırılmasını mən xahiş etmişəm. Ehtimal edirəm ki, xristian-demokratik dəyərlərə sahib olan Avropa Xalq Partiyasının siyasəti ilə FİDES-in siyasəti uyğunlaşmır”, – deyə o bildirib.
Qeyd edək ki, FİDES Macarıstan Baş naziri Viktor Urbanın rəhbərlik etdiyi partiyadır.