|
Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasına qərar verib.
Axar.az xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların gələn ilin 31 iyuluna qədər davam edəcəyi bildirilib. Sanksiyaların maliyyə, energetika və müdafiə sektorlarını əhatə edəcəyi vurğulanıb.
Qeyd edək ki, AB-nin Rusiyaya qarşı sanksiyaları 31 iyul 2014-cü ildən bu yana davam edir. Sanksiyalar Donbas münaqişəsi ilə əlaqədar tətbiq edilir.