|
Avstriya və Almaniya sərhəd təhlükəsizliyi məsələsində həll prosesinə ən çox maneə yaradan ölkələrdir.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Yan Klod Yunker alman mediasına müsahibəsində deyib.
O bildirib ki, sözügedən ölkələr eyni zamanda sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı çağırışlar edərək ikiüzlü davranıb:
“Utanılacaq səviyyədə ikiüzlü davranırlar”.
Yunker onu da əlavə edib ki, Avropa sürətlə hərəkətə keçməli və sərhədləri nəzarətə götürməlidir.