|
İraqın Təhsil naziri Şeyma Hiyali qardaşının İŞİD terror qruplaşmasına üzv olmasına dair iddialara münasibət bildirib.
Axar.az xəbər verir ki, Mosul əhalisinin təhdid edilərək İŞİD-ə cəlb olunduğunu bildirən nazir bunlar sırasında qardaşının da olduğunu söyləyib.
“Qruplaşma qardaşımı digərləri kimi açıqlama verməyə də məcbur etdi, ancaq qardaşım əlinə silah alıb heç bir iraqlını öldürmədi”, - nazir bildirib.
Şeyma Hiyali həmçinin İŞİD-lə əlaqəsinin sübut ediləcəyi təqdirdə istefaya hazır olduğunu qeyd edib.