|
Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında informasiya yayılıb.
Rusiya Prezidenti 2018-ci ilin Rusiya-Azərbaycan münasibətləri üçün çox məhsuldar olduğunu vurğulayaraq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın və bütün səviyyələrdə siyasi dialoqun aktiv şəkildə inkişaf etdiyini bildirib.
Rusiya prezidenti Moskvada, Soçi və Bakıda aparılan danışıqlar zamanı əldə olunan ikitərəfli razılaşmaların həyata keçirilməsinin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da artıracağına əminliyini ifadə edib.