|
Avropa Birliyi Böyük Britaniyanı saxlamağa çalışmır.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Yan Klod Yunker deyib.
“İstədiyimiz tək şey münasibətlərimizin gələcəyinin bəlli olmasıdır. Biz referendumun nəticələrinə hörmət edirik. Britaniya parlamenti Breksit müqaviləsini imzaladıqdan dərhal sonra yeni müqavilənin hazırlanmasına dair danışıqlara hazırıq. Mən Böyük Britaniyanın AB-ni tərk etməsi üzərində işləyirəm, çünki Birləşmiş Krallığın əhalisi məhz buna qərar verib”, - Yunker bildirib.