|
Əfqanıstan Müstəqil Seçki Komissiyası prezident seçkisinin 20 iyul 2019-cu il tarixinə təxirə salındığını bildirib.
Axar.az xəbər verir ki, komissiya sədri Qulu Abdul Badi Səyyad bəzi problemlərə görə seçkilərin apreldə deyil, iyulda keçiriləcəyini deyib.
Bu dəyişikliyin əsas səbəbi isə hökumətlə Taliban qruplaşması arasında sülh danışıqları ilə əlaqəlidir.
Qeyd edək ki, Əfqanıstanda prezident seçkisi 2019-cu il 20 aprel tarixində keçirilməli idi.