|
Böyük dövlətlər terror qruplaşmalarına silah, pul verərək, qarışıqlıq yaradırlar. Sonra isə televiziyada çıxış edib, "terrora qarşıyıq" deyirlər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Süleyman Soylu deyib.
"Amma bizim təhlükəsizlik qüvvələrimiz onlara lazımi cavabı verdilər. Artıq qələbə zamanıdır. Ölkə daxilində təxminən 700 terrorçu var. Onlar hətta əlaqələndirici vasitəsilə belə bir-biriləri ilə danışmaqdan qorxurlar. Ordumuz öz mağaralarına siçan kimi sığınan terrorçuları ötən günlərdə məhv etdi. Bu proses davam edəcək", - Soylu bildirib.