|
ABŞ nümayəndə heyəti FETÖ ilə əlaqəli Türkiyənin ABŞ-a təqdim etdiyi yeni sübutlar məsələsində müzakirə aparmaq üçün Ankaraya səfər edəcək.
Axar.az xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə yanvarın 3-ü və 4-də səfər edəcək, Ədliyyə və Daxili İşlər nazirliklərində görüş keçirəcələr. Görüş zamanı ABŞ-ın Türkiyənin FETÖ ilə əlaqədar təqdim etdiyi yeni sübutlara münasibəti açıqlanacaq. Bundan başqa ABŞ tərəfi FETÖ-yə bağlı təşkilat və şəxslərin 18 ştatda çirkli pulların yumasıyla bağlı başlatdığı araşdırmadakı son vəziyyəti Türkiyə tərəfinə çatdıracaq.