|
Vladimir Putinin dövlət başçısı kimi səlahiyyətlərinin artırılması üçün variantlardan biri də Belarus Respublikası ilə birləşmə, anneksiya, işğal ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov çıxış edib. Onun sözlərinə görə, Moskva artıq qardaş ölkəyə subsidiyalar ayırmaq gücündə deyil və buna görə də ondan kompensasiya gözləyir:
“Belarus Moskvaya nə ilə hesab ödəyə bilər? Məsələn, suverenliyi vasitəsilə. Bu mənada əgər hər şey bu cür getsə, o zaman vahid sahibi olacaq vahid dövlətin 3-4 il ərzində yaradılacağını düşünürəm. Birləşmədən sonra Lukaşenko vitse-prezident, Təhlükəsizlik Şurasının Sədri və hətta Krımda yaşayan təqaüdçü vəzifələrini tuta bilər”.