|
İranda ilk dəfə bir sünni qadın səfir təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə İran Prezidentinin birinci müşaviri İshaq Cahangiri məlumat yayıb.
O bildirib ki, Hümeyra Rici bundan sonra İranın Bruneydəki səfiri vəzifəsini yerinə yetirəcək.
Bununla da Hümeyra Rici ilk sünni qadın səfir kimi İran tarixinə düşüb.