|
Almaniyanın Botrop şəhərində 50 yaşlı sürücü avtomobilini miqrantların üzərinə sürüb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində əfqan və suriyalı olduğu deyilən 4 nəfər yaralanıb.
Cinayətkar bu əməlini ölkənin Essen şəhərində də həyata keçirib. Polisdən qaçan alman sürücü maşını dayanacaqdakı insanların üzərinə sürsə də, onlar ərazidən uzaqlaşaraq xilas ola biliblər.
Cinayətkarın həbs olunduğunu bildirən polis, onun etnik zəmində bu olayı törətdiyini deyib.