|
İngiltərə hökuməti Suriya Prezidenti Bəşər Əsədin yaxın qohumuna sərmayə qarşılığında müddətsiz oturum icazəsi verib.
Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.
Məlumata görə, oturum izni verilən şəxs Əsədin əmisi Rüfət Əsədin arvadıdır.
Qanuna görə adı açıqlanmayan 63 yaşlı qadının İngiltərə vətəndaşlığı istəyi isə rədd edilib.