ABŞ öz ordusunu Suriyadan tələsik çıxarmayacaq.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Trampın qərarındakı dəyişikliyin səbəblərinə aydınlıq gətirib:

“Birincisi, ABŞ ordusunun Suriyadan çıxarılması Trampın şəxsi mövqeyi idi. ABŞ prezidenti bu mövqeyini Dövlət Departamenti, Pentaqon, Müdafiə Nazirliyi və milli təhlükəsizlik üzrə müşaviri ilə razılaşdırmamışdı. ABŞ Müdafiə naziri Ceyms Mettis və İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bret Makqark da Trampın sözügedən qərarına etiraz olaraq istefa verdilər. Onlar ABŞ-ın kürdlərə dəstəyinin tərəfdarı idilər. Bu mənada Trampın Suriya ilə bağlı yeni açıqlaması ABŞ ordusunun Suriyadan tamamilə çəkilməsi məsələsini şübhə altında qoydu. Zənnimcə, bu ani dəyişikliyə səbəb Trampın müşavirləri ilə razılaşmasıdır. Görünür, Trampı Suriyadan tələsik çıxmağın və kürdləri dəstəksiz buraxmağın yanlış addım ola biləcəyinə inandırıblar. Ona görə də Tramp hazırda geri addım atmış kimi görünür. Bu baxımdan da hesab edirəm ki, ABŞ və Tramp artıq ikinci qərardan çıxış edərək hərəkət edəcəklər. Yəni ABŞ Suriyanı tələsik tərk etməyəcək. Böyük ehtimalla, Vaşinqton kürdləri tam dəstəksiz buraxmayacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Suriyadan çıxsa belə, buradakı kürdləri qorumaq niyyətində olduğunu açıqlayıb.

24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü

Xəbər lenti