|
ABŞ-ın dövlət borcu 2018-ci ilin sonunda 21,9 trilyon dollara qədər artıb.
Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb. Məlumata görə, Trampın 2 illik prezidentliyi dönəmində ABŞ-ın dövlət borcu 2 trilyon dollar artıb. Hazırkı prezidentin hakimiyyətinin ilk aylarında dövlət borcunda azalma müşahidə edilsə də, sonradan keçirilən vergi reformları sayəsində borc artmağa başlayıb. Nəticədə dövlət borcunun ümumdaxili məhsula nisbəti 78%-ə çatıb. Bu göstəricinin 1950-ci ildən bu yana ən böyük rəqəm olduğu vurğulanıb.
Qeyd edək ki, Tramp prezident seçkiləri təbliğatında iki prezidentlik dönəmi müddətində ABŞ-ın borclarını siləcəyini vəd etmişdi.