|
ABŞ-ın Minnesota ştatından Nümayəndələr Palatasına seçilən Somali əsilli qadın İlhan Ömər dünən Konqresdə keçirilən andiçmə mərasimində Qurani-Kərimə əl basıb.
Axar.az xəbər verir ki, Ömər Tvitter hesabında foto paylaşaraq bu sözləri yazıb:
“Uşaq vaxtı partiya məclislərində babamın tərcüməçiliyini etdim və məndə siyasətə böyük maraq oyandan da babam oldu. Kaş ki, bu tarixi anı görmək üçün burada olardı, amma andiçmə mərasimində onun Quranına əl basdığım üçün ruhu burada idi”.
Qeyd edək ki, İlhan Ömər Konqresə seçilən ilk müsəlman qadın siyasətçisidir.