|
İstanbulun Pendik rayonu sahilində dayanmış yük gəmilərinin birində yanğın başlayıb.
Axar.az xəbər verir ki, böyük çətinliklə təxminən 1 saatdan sonra yanğının qarşısı qismən alınıb. Gəmidə olan 15 nəfər şəxsi heyət vaxtında təxliyə olunub.
Gəminin sahildən kənarda olması yanğınsöndürənlərin ona yaxınlaşmasına imkan vermir. Sadəcə dəniz suyu vasitəsilə yanğını söndürməyə çalışırlar. Yanğınsöndürmə qrupları qurudan müdaxilə edə bilmədiyi üçün geri dönməyə məcbur olub.
Yanğının başvermə səbəbi hələlik açıqlanmayıb.