|
Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda polis idarəsinin binasına kustar üsulla hazırlanmış partlayıcı atılıb.
Axar.az xəbər verir ki, 16-17 yaşlı yeniyetmələrin atdığı partlayıcılar idarənin qarşısında quraşdırılan beton maneəyə dəyib.
Məlumata görə, partlayışdan dolayı ətrafa səpələnən daş parçaları yaxınlıqdakı şəxslərdən birinin gözünü yüngülcə zədələyib.
Polis hadisəni törədən 5 yeniyetməni yaxalayıb.