Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşündə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində müsbət irəliləyiş gözlənilmir.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarda gözlənilən görüşünü şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspert Ermənistanın ümumiyyətlə sülh danışıqlarına hazır olmadığını bildirib:

“Son zamanlar Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və Xarici İşlər naziri Zöhrab Mnatsakanyan qondarma rejimin rəhbərliyi ilə mütəmadi olaraq görüşlər keçirir, Ermənistanı “dqr”in təhlükəsizliyinə tam təminat verən bir dövlət kimi təqdim edirlər. Əslində, işğalçı bununla bir tərəfdən qondarma “dqr”dən əl çəkməyəcəyinə dair Rusiyaya eyham vurur, digər tərəfdən isə Qərbə yarınmağa çalışır. Bu, İrəvanın Qərblə Rusiya arasında müəyyən bir siyasi gedişi də ola bilər. Bu baxımdan da nazirlərin növbəti görüşündə Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində hər hansı bir müsbət tendensiya baş verməyəcək”.

Politoloq 2019-cu ildə problemin həllinə dair ilk görüşlə bağlı bədbinliyini başqa bir səbəblə də əlaqələndirib:

“Ermənistanın yeni hökuməti vəzifə bölgüsünə gedir və məlum məsələdir ki, hakimiyyəti idarə etmək heç də dövləti idarə etmək demək deyil. Bu fonda Dağlıq Qarabağ amili mühüm bir kart olaraq qalacaq. Ancaq bir məqamı da xüsusilə vurğulamaq lazımdır. Əgər Paşinyan bu qışdan başını tam sağlam çıxara bilsə, hakimiyyətdə müəyyən qədər qala biləcək. Əks halda yazda Ermənistanda başqa proseslər başlayacaq”.

24 Aprel 2025 Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
24 Aprel 2025 9 günlük MATƏM elan edildi - Bu ölkədə
24 Aprel 2025 TƏCİLİ! İki ölkə arasında GƏRGİNLİK - Müharibə HƏR AN başlaya bilər
24 Aprel 2025 SON DƏQİQƏ! Türkiyədə 8 bal gücündə zəlzələ oldu
24 Aprel 2025 Paşinyandan İrəvanda bayrağımızın yandırılmasına - Reaksiya
24 Aprel 2025 Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir
23 Aprel 2025 Netanyahunun Azərbaycana səfəri gözlənilir
23 Aprel 2025 İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
23 Aprel 2025 Mask Ağ Evdəki vəzifəsindən istefa verdi, səbəb isə...
23 Aprel 2025 Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı
23 Aprel 2025 FT: Putin Ukrayna münaqişəsini dayandırmağı təklif edib
23 Aprel 2025 Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq
22 Aprel 2025 Qətər və Misir HƏRƏKƏTƏ KEÇDİ – Qəzza ilə bağlı 7 illik ATƏŞKƏS PLANI
22 Aprel 2025 Vatikanda “namizədlər döyüşü”: Yeni Papa haradan və kim olacaq?!
22 Aprel 2025 Papa ilə vida mərasimi keçirilir - Foto - Yenilənir
22 Aprel 2025 Ərdoğanın oğlundan “Prezident olmaq istəyirsiniz?” sualına - Cavab
22 Aprel 2025 Trampın sülh planları iflasa uğrayır: ABŞ-ın dözüm limiti nə qədərdir?
21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü

Xəbər lenti