|
FETÖ şəbəkəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən Azərbaycanda yaxalanan Məhməd Gələn adlı müəllim barəsində məhkəmə həbs qərarı elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan M.Gələnin həbsindən bir gün öncə "Bakıdan müjdə var" cümləsini işlədərək adıçəkilən FETÖ-çunun yaxalanmasına işarə etmişdi.